Səfa Mirzəyev vəzifəsindən ÇIXARILDI

 10:55 13.05.2022     1474

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub(report).

Xatırladaq ki, mayın 11-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.