"Milli Məclisdə qəbul etdiyimiz məsələlər icra olunmur" - Fazil Mustafa - VİDEO

"Bizim Milli Məclisdə qaldırdığımız, hətta qəbul etdiyimiz məsələlər icra olunmur".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.
"Biz 6 uşağı olan ailəyə müavinət verilməsi haqqında qanun qəbul edirik. Nazirlər Kabineti qayda tətbiq edir ki, uşaq 1 yaşına çatmalıdır. Onunla əsaslandırırlar ki, görək uşaq sağ qalır, yoxsa yox. Bəs biz bu müavinəti uşaq sağ qalsın deyə verməliyik. Pul verməsək, uşaq nə ilə sağ qalacaq?", - deyə millət vəkili etiraz edib.