Bu tarixdə Ay tutulması baş verəcək

 16:45 13.05.2022     2273

Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Redaktor.az xəbər verir ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.