Tahir Kərimli İstanbuldan paylaşım etdi: "Burada göylər də ulu türkə baş əyir" - VİDEO

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Feysbuk sosial şəbəkəsi üzərindən izləyiciləri ilə video bölüşüb.
Redaktor.az-ın məlumatına görə, millət vəkili Türkiyənin İstanbul şəhərində olduğunu bildirərək, salamlarının çatdırıb.
“Bu gün Türk dünyasının paytaxtı İstanbuldayam. Burada göylər də ulu türkə baş əyir. Azərbaycan yurduma salamlarımı diləyirəm. Duamız və davamız Azərbaycan üçündür. Nə qədər yaşayırıq, canım sənə fəda olsun, Azərbaycan! Dünyanın ən gözəli, ismətli qadınlarımız, kişilərimiz, müdrik ağsaqqallarımız olan Azərbaycan. Torpağına fəda olum. İnsanlarına fəda olum. Bizim Azərbaycanımız, ümumtürk dünyasının bir yavrusu ölkəmiz olduqca gözəl, qəlbimizin riqqəti onunladır. Biz səni hədsiz sevirik, Azərbaycan. İnşaallah görüşənədək” - T.Kərimli deyib.
Zərif Ülviqızı