Quru sərhədlərimiz açılmalıdırmı? - SORĞU

 12:11 14.05.2022     49607

Nazirlər Kabinetinin qərarı ilə son olaraq ölkəmizdə koronavirus pandemiyası ilə bağlı qapalı yerlərdə tibbi maskadan istifadə tələbi ləğv olunsa da, bəzi karantin qadağaları hələ də qüvvədədir.

Onlardan biri də quru sərhədlərinin bağlı olmasıdır.

Qeyd edək ki, quru sərhədlərin hələ də açılmaması qonşu ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəmizə rahat şəkildə qayıtmasına əngəl törədir. Xüsusilə, Rusiyadakı azərbaycanlılar sərhədi keçib Vətənə qayıda bilmirlər. Təyyarə qiymətlərinin bahalığını nəzərə alaraq, quru yolla Azərbaycana qayıtmaq istəyənlər sərhəddən buraxılmır və bu da böyük narazılıqlara, etirazlara səbəb olur.

 

Quru sərhədlərimiz açılmalıdırmı?

Bəli

799 səs (96%)

Xeyr

34 səs (4%)