Cavanşir Feyziyev daha bir vəzifəsini İTİRDİ

 13:00 14.05.2022     511

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri dəyişib.

Redaktor.az xəbər verir ki, bu vəzifəyə deputat Cavanşir Feyziyevin yerinə Tural Gəncəliyev təyin edilib.

Belə ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Məlumatda qeyd olunub ki, millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.  Səfər mayın 19-da başa çatacaq.

Qeyd edək ki, Cavanşir Feyziyev 2020-ci ilin aprelində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri təyin edilmişdi.