Paytaxtda aksiya keçirildi

 16:14 14.05.2022     3648

Bu gün bir qrup ictimai-siyasi fəal Fəvvarələr meydanında etiraz aksiyası keçirib.

Redaktor.az-ın məlumatına görə, aksiyanın təşkilatçıları bildiriblər ki, etirazın səbəbi son zamanlar bəzi jurnalistlərə və ictimai-siyasi fəallara qarşı törədilən zorakılıq hallarının üstünün açılmamasıdır.

Sosial şəbəkələrdə verilən məlumatlara əsasən, aksiyanı müşayiət edən polis etirazçılara qarşı təmkinlə davranıb.

Bununla yanaşı, saxlanılanların olduğu da bildirilir.

Aksiyanın təşkilatçılarından olan Bəxtiyar Hacıyev və Rüfət Səfərlinin saxlanılanlar arasında olduğu qeyd edilir.

Hadisə ilə bağlı DİN-in rəsmi məlumat yayacağı gözlənilir.