Qoruqları İdarəetmə Mərkəzinin nizamnaməsi DƏYİŞDİ

 17:25 14.05.2022     617

Nazirlər Kabineti “Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 15 iyul 2019-cu il tarixli qərarında dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Mərkəzin möhüründə Dövət Gerbi də təsvir olunacaq.