Nizami rayonunda ağacları kəsdilər

 20:32 15.05.2022     409

Bakıda ağacları kəsiblər.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb..

Belə ki, paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində, Bahar şadlıq sarayının yanında ağacları kəsirlər. Ağaclar kim tərəfindən və hansı məqsədlə kəsilir bu barədə hələlik dəqiq məlumat yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məsələni araşdırıb.

Xidmət rəsmisi Vaqif Cavadov oxu.az-a açıqlamasında bildirib ki, əraziyə keçirilən baxış zamanı şam ağacının kəsildiyi müəyyən edilib:

"Hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma aparılır".

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, sayıqlıq göstərərək Xidmətə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən