Xərçəngdən əziyyət çəkən Nailə kömək edək - FOTO
8 il cəbhədə can qoyan, 1-ci Qarabağ müharibəsində iştirak etmiş 3 uşaq atası 47 yaşlı Cəfərov Nail Hatif oğlunun dəstəyimizə ehtiyacı var. Belə ki, Nail qardaşımızda qalxanabənzər vəzin xərçəngi aşkarlanıb. O ilk əməliyyatını özünün və yaxınlarının maddi köməkliyi ilə həyata keçirib.
Hal hazırda yenidən təcili əməliyyat və müalicə lazımdır. 15 min manat vəsaitə ehtiyac var. Buna isə ailənin maddi vəziyyəti imkan vermir.
Bu barədə ailənin yaxınları sosail şəbəkələrdə müraciət ediblər.

Xərçəngdən əziyyət çəkən 3 uşaq atası Nail Cəfərova kömək edək.
Dəstək göstərmək istəyən hərkəs fotosu təqdim edilmiş bank kartına vəsait köçürə bilər.















