Səmayə Məmmədovadan təyinatı barədə AÇIQLAMA - YENİLƏNİB

 19:49 17.05.2022     1649

Bu gün Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədovanın yeni vəzifəyə təyin edilməsi barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, jurnalist sosial şəbəkədə paylaşım edərək məsələyə aydınlıq gətirib:

"Bu gün məni təbrik edən, xoş sözlər yazan dəyərli dostlar, hər birinizə sonsuz təşəkkür edib, məsələyə özüm aydınlıq gətirmək istəyirəm. Mən Təhsil naziri cənab Emin Əmrullayevin dəvəti ilə Təhsil nazirliyinin bir sıra layihələrinin, eləcə də basketbol federasiyasının PR və kommunikasiya məsələləri üzrə konsultantı olaraq qurumla əməkdaşlıq edirəm. Nə nazirlikdə, nə də federasiyada rəsmi olaraq çalışmıram. Bir daha hər birinizə minnətdaram !

***

Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədovaya yeni vəzifə həvalə olunub.

Redaktor.az xəbər verir ki, S.Məmmədova bundan sonra həm Təhsil Nazirliyinin müxtəlif istiqamətlər üzrə layihələrinin, eləcə də Azərbaycan Basketbol Federasiyasının (ABF) PR işlərini aparacaq.

Qeyd edək ki, ABF-nin prezidenti təhsil naziri Emin Əmrullayevdir.

Xatırladaq ki, S.Məmmədova uzun müddət Gənclər və İdman Nazirliyində, daha sonra Bakı Nəqliyyat Agentliyində çalışıb (report).

Vumart və Güvən reklamı Vumart Güvən