Millət vəkili şəhid ailəsi ilə görüşdü

 16:25 17.05.2022     234

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsi şəhidi Kamandar Əhmədovun həyat yoldaşı Validə Əhmədova və oğlu Kamran Əhmədovla görüşüb.

Redaktor.az xəbər verir ki, millət vəkili onları dinləyib, qayğıları ilə maraqlanıb.

Görüş şəhidin anım günü ərəfəsində baş tutub.

Qeyd edək ki, şəhid Kamandar Məmməd oğlu Əhmədov (03.11.1962–20.04.1994) I Qarabağ müharibəsində döyüşüb, xidmətinin 6-cı həftəsində Füzulidə şəhid olub. Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub. 3 övladı yadigar qalan şəhid Kamandar Əhmədovun ailəsinə dövlət tərəfindən (Xırdalan şəhərində) mənzil verilib.

Ruhu şad olsun!

Vumart və Güvən reklamı Vumart Güvən