"AZGRANATA" beynəlxalq sərgidə iştirak edir

 14:08 18.05.2022     498

Bu gün Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” işə başlayıb.

Redaktor.az xəbər verir ki, sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunur. Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları, distribyutorları, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı istehsalçıları bir araya gətirir.

Azərbaycanın qabaqcıl şirkətlərindən olan "AZGRANATA" MMC də sərgidə iştirak edir. Şirkətdən verilən məlumatda bildirilir ki, 3 gün ərzində peşəkar somelierin iştirakı ilə şirkətin premium şərablarının dequstasiyası keçiriləcək. "AZGRANATA" MMC- yə məxsus F1314 nömrəli stenddə ziyarətçiləri barmen qarşılayacaq və "AZGRANATA" məhsullarından hazırlanan müxtəlif kokteylərə qonaq edəcək.

Sərgilər çərçivəsində həmçinin yeni əlaqələrin qurulması və mövcud əlaqələrin gücləndirilməsi üçün əlavə platforma olan “B2B” formatlı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. "InterFood Azerbaijan" sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir.

Vumart və Güvən reklamı Vumart Güvən