“Elektron qəlyanlar da insan sağlamlığına siqaret qədər ziyandır” – Musa Quliyev

 14:53 18.05.2022     711

Paytaxt küçələrində tez-tez elektron qəlyan çəkənlərə rast gəlinir. Həmin qəlyanın tüstüsü isə bir neçə metr məsafəyə qədər yayılır ki, bu da hərəkətdə olan insanların narahatlığına səbəb olur.

Bəs elektron qəlyanların ictimai yerlərdə çəkilməsi qadağan oluna və bununla bağlı cərimə tətbiq oluna bilərmi? Ümumiyyətlə, elektron qəlyanın insan sağlamlığına təsiri varmı?

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Redaktor.az-a bildirdi ki, tütün məmulatlarından istifadə üçün konkret yerlər müəyyən edilib.

“Ümumiyyətlə mən hesab edirəm ki, o sulu qəlyanxanaların da fəaliyyəti tənzimlənməlidir. Qanunda baymayaraq ki, qapalı məkanlarda qəlyan çəkilməsi də qadağandır. Amma ona bir nəzarət də yoxdur. O ki, qaldı elektron siqaretlərə, o da heç o biri siqaretlərdən öz zərərli xüsusiyyətinə görə bir o qədər də fərqlənmir. Yəni hamısına eyni baxılmalıdır. “Tütün və tütün məmulatları haqqında” qanunda bunların heç birinə fərq qoyulmayıb ki, hansına harada icazə var, haradasa icazə yoxdur. Hamısı qapalı məkanlarda qadağandır. Elektron qəlyanlar da insan sağlamlığına siqaret qədər ziyandır. Onun heç bir xeyri yoxdur”.   

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən