Tanınmış jurnalist reanimasiyaya yerləşdirildi

 11:57 19.05.2022     355

Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.

Bu barədə Redaktor.az-a jurnalist Rey Kərimoğlu məlumat verib.

O bildirib ki, Q.İbrahimli dünən axşam Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən isə bildirilib ki, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.

Vumart və Güvən reklamı Vumart Güvən