Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
44 günlük Vətən müharibəsi iştirakçısı, intihara cəhd edən jurnalist Nəsimi Şərəfxanlının vəziyyəti barədə yeni məlumat var.
Redaktor.az-ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib ki, xəstə ayın 14-ü mərkəzə yerləşdirilib:
“Çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti nisbətən yaxşılaşıb. Toksikologiya şöbəsində həkim nəzarətində saxlanılır. Həyati təhlükəsi yoxdur. Həkimlərin sözlərinə görə, şəxs sirkə turşusu içib”.
Qeyd edək ki, jurnalist N.Şərəfxanlı 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicəsini davam etdirir (oxu.az).












