Ölkədə peyvəndlənmə ilə bağlı son vəziyyət
Azərbaycanda son sutkada 3 197 nəfər vaksinasiya olunub.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 340, ikinci doza vaksinlərin sayı 451 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 170-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 228 olub.












