"Azərişıq" 5 milyon manatlıq tenderə yekun vurub

 17:37 20.05.2022     320

"Azərişıq" ASC Kəlbəcər rayonunun Alagöllər yaşayış məntəqəsindəki obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq xətlərin çəkilməsi və Komplekt Transformator Məntəqəsinin quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az xəbər verir ki, tenderin qalibi "Dost Group" MMC-dir.

Qalib şirkətə 4,928 milyon manat ödəniləcək.

Vumart və Güvən reklamı Vumart Güvən