"Azəriqaz" 5 rayonda "Açıq mikrofon" quracaq - SİYAHI

 13:16 21.05.2022     644

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Quurmdan Redaktor.az-a verilən məlumata görə, növbəti həftə (23-27.05.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin birinci günü Astara rayonunda (Astara  şəhəri, Park- Bulvar, Bayraq Meydanı), ikinci günü Lerik rayonunda (H.Əliyev küçəsi, Mədəniyyət Evinin qarşısı), 3-cü günü Lənkəran rayonunda (Lənkəran şəhəri, Həzi Aslanov Parkı), 4-cü günü Biləsuvar rayonunda (Səməd Vurğun küçəsi, İncəsənət məktəbi) və 5-ci günü isə Masallı rayonunda (Masallı şəhəri, Qarabağ küçəsi 17) saat 11:00-dan 12:00-dək baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

2
Vumart və Güvən reklamı Vumart Güvən