Lerikin dağlıq kəndlərinə qar yağır
Lerik rayonunun bəzi dağlıq kəndlərinə qar yağır.
Redaktor.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat yayıb.
Onların sözlərinə görə, hazırda rayonun Orand, Pirəsora, Buzeyir və digər kəndlərin dağlıq hissələrinə qar düşüb.
Hazırda da yağıntı davam edir.
Qeyd edək ki, bu gün Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bəzi rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.












