Belarusdan ixrac olunan ağac məhsullarının həcmi ARTIB

 17:12 21.05.2022     3504

Belarusun taxta-şalban, ağac emalı, sellüloz və kağız sənayesi konserni “Bellesbumprom”un idarə etdiyi müəssisələr bu ilin I rübündə Azərbaycana ixracını 30 %-dən çox artırıb.

Redaktor.az xəbər verirki, bu barədə “BElTA” məlumat yayıb.

“Bellesbuprom” 2021-ci ildə Azərbaycana 14,6 milyon ABŞ dolları dəyərində məhsul göndərib ki, bu da, 2020-ci illə müqayisədə 108,2 % çoxdur.

Bu ilin I rübündə ixracın artım tempi illik müqayisədə 130,8 % təşkil edib. “Bellesbuprom” Azərbaycana 2,7 milyon ABŞ dolları dəyərində fibrokarton və DSP, faner, taxta-şalban, mebel, kağız, karton və bir sıra digər mallar ixrac edib. Ən çox artım DSP, kağız və karton ixracı üzrə olub.

Xatırladaq ki, hazırda “Bellesbuprom”un bir sıra müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Onların köhnə və yeni tərəfdaşlarla görüşləri gözlənilir. Səfərin Azərbaycana mal ixracını artırmağa kömək edəcəyi gözlənilir. "Bellesbuprom"un müəssisələri uzun müddətdir ki, Azərbaycan bazarındadır, həmçinin ağac emalı və sellüloz-kağız sənayesi məhsullarının çox geniş çeşidini təqdim edir.