Xocavənddə xeyli silah-sursat aşkar edildi - VİDEO

 18:32 21.05.2022     611

Xocavənddə xeyli sayda silah-sursat tapılıb.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatına görə, silahları Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində keçirdiyi tədbirlərlə aşkar ediblər.

Tapılan səkkiz avtomat, beş qumbaraatan, üç pulemyot, 1 632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib. 

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən