Yeni yayılan virusun adı belə yazılmalıdır - AMEA-dan açıqlama

 16:23 23.05.2022     243

Meymunçiçəyi sözünün düzgün yazılış forması müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan bildirilib.

Qeyd olunub ki, yoluxucu virus olan meymunçiçəyi sözü dırnaqsız və bitişik yazılır.

Bildirilib ki, buna misal kimi, tibbi termin olaraq suçiçəyi sözü də həmişə bitişik yazılıb (report).