Naxçıvana gedən təyyarə tufana görə geri qayıtdı

 21:16 23.05.2022     357

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə Redaktor.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən