Yeni nazir müavini Samir Məmmədov kimdir? - DOSYE

 21:33 24.05.2022     958

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Qaçay oğlu Məmmədovun rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyinat alıb.

Redaktor.az yeni təyin edilən nazir müavininin dosyesini təqdim edir:

1974-cü il təvəllüdlü Samir Məmmədov Bakıda doğulub. Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.

2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alıb və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.

2006-cı ildə Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə təyin olunub.

2008-2017-ci illərdə Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb.

2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib, 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.

2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Rus və ingilis dillərini bilir. Ailəlidir.

Vumart və Güvən reklamı Vumart Güvən