Prezidentə təbrik məktubları davam edir
İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.
Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, - təbrikdə bildirilib.
***
Belçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi çatdırır, rifah və cansağlığı arzulayıram".
***
Mərakeş Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi, həmçinin möhkəm cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycan xalqına isə daha böyük tərəqqi və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq əlaqələrini yüksək dəyərləndirirəm. Əminəm ki, bu münasibətlərin iki qardaş xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə Siz də mənim qədər önəm verirsiniz", - mətndə qeyd olunub.
***
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, vətəndaşlarınıza isə tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, dost ölkələr kimi əlaqələrimizin bütün sahələrdə inkişaf etməsi üçün bundan sonra da çalışacaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. İqtisadi imkanlar ölkələrimiz arasında daha mühüm və sıx əməkdaşlıq üçün stimul verən amil ola bilər.
Ümidvaram ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi perspektivləri və getdikcə mürəkkəbləşən qlobal gündəlikdəki önəmli məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxın gələcəkdə fürsətimiz olacaqdır.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin", - məktubda bildirilib.
***
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.
Müstəqilliyinin bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmiş və regionun lider ölkəsinə çevrilmişdir.
Ölkənizin, regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, birliyi və bərabərliyi ilə parlaq Zəfərin qazanılması bir daha göstərdi ki, məqsədyönlü və ardıcıl siyasətiniz sayəsində Azərbaycan durmadan güclənir və inkişaf edir, beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerini daha da möhkəmləndirir.
Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Türk dövlətləri arasındakı əməkdaşlıq daha da dərinləşəcək və təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.
Bu əlamətdar gün münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, tərəqqi və xoşbəxtlik diləyirəm", - təbrikdə qeyd olunub.












