Millət vəkili şəhid anası ilə görüşdü - FOTO

 14:34 25.05.2022     488

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ziyəddin Arzu oğlu Rəşidovun anası Rəsmiyyə Rəşidova ilə görüşüb.

Redaktor.az xəbər verir ki, şəhid anasını məhəbbətlə salamlayan komitə sədri, onu qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibəti ilə təbrik edib:

“Bütün bayramlarda təbriki ən çox sizlər haqq edirsiz! İgid oğlunuzun əziz rigu qarşısında ehtiramla baş əyirik. Sizin digər oğlunuz da döyüşlərdə iştirak edib. Bu bir daha göstərir ki, siz öz övladlarınızı vətəncanlı, dövlətcanlı ruhda böyütmüş, onlara yüksək tərbiyə vermisiz. Biz Sizə çox minnətdarıq”!

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində şəhid olmuş Ziyəddin Arzu oğlu Rəşidov (28.08.1997, Xırdalan–30.10.2020, Füzuli r.) Azərbaycan Ordusunun əsgəri kimi 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda döyüşüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Ziyəddin Rəşidov Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Xocavəndin azad olunmasına görə” (25.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) medalları ilə təltif edilib.

2
Vumart və Güvən reklamı Vumart Güvən