Qaxa güclü dolu yağdı

 22:17 25.05.2022     426

Qax rayonuna dolu yağıb.

Redaktor.az xəbər verir ki, dolu əsasən şəhər ərazisinə və bir neçə kəndə düşüb.

Təqribən bu gün axşam saat 21:30-dan etibarən yağmağa başlayan dolu 10 dəqiqə müddətində davam edib. Dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, şimal-qərb bölgəsində dünəndən etibarən qeyri-sabit hava şəraiti müşahidə olunub və intensiv yağan yağış axşam saatlarında doluya çevrilib (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən