Nərimanovda qazdan qanunsuz istifadə halı aşkarlandı  - VİDEO

 23:19 25.05.2022     486

“Azəriqaz” İstehsalat Birliyin əməkdaşları tərəfindən may ayının 24-də paytaxtın Nərimanov rayonu, Yəhya Bakuvi küçəsində yerləşən “Bakı 2010” adlı hündür mərtəbəli binanın qazanxanasına baxış keçirilən zaman qanunsuz müdaxilə halı aşkar edilib.

Redaktor.az xəbər verir ki, bu barədə  “Azəriqaz”dan məlumat yayıb.

Bildirilib ki, kənar müdaxilə aşkar olunduqdan dərhal sonra Birlik əməkdaşları həmin ünvana cəlb olunub. Qaynaq vasitəsilə qanunsuz birləşmə ləğv edilib. Qanunsuz birləşmə ilə bağlı dəymiş ziyanın hesablanacağı və müvafiq addım atılacağı vurğulanıb.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin tapşırığı ilə 2021-ci ilin oktyabr ayından İstehlakçılara satılan qaza nəzarət şöbəsinin tabeliyində yaradılan müvəqqəti işçi qrupu, fərdi yaşayış evlərində, hündürmərtəbəli binalarda qaz təsərrüfatına qanunsuz müdaxilə hallarının qarşısını almaq məqsədilə reydlər həyata keçirir.

Vumart və Güvən reklamı Vumart Güvən