Bakıda günün günorta çağı piyada zolağı rənglənir - FOTO

 17:45 26.05.2022     1192

Bu gün paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində "Saf su"yun qarşısında günün günorta çağı piyada zolağının rənglənməsi sürücülərin narahatlığına səbəb olub. Çünki yolda rəngləmə işləri sıxlığa səbəb olub.

Maraqlıdır bu zolaq niyə gündüz vaxtı və avtomobillər hərəkət edərkən çəkilir?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Redaktor.az-a dedi ki, sifarişi onlar versə də, işi podratçı şirkət görür:

“Həmin işlər Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında görülür. Amma mən də sizinlə razıyam ki, günorta saatlarında bu cür işlərin görülməsi yolda intensivliyin aşağı düşməsinə səbəb olur. Yolda sıxlıq halları yaradır. Bakı Nəqliyyat Agentliyi sifarişi, layihəni verir, işi icra edən isə podratçı şirkətlərdir. Bununla bağlı həmin o şirkətə də tərəfimizdən bir daha bildiriləcək ki, bu cür işlər yolda hərəkət instensivliyi nəzərə alınmaqla icra edilsin və yolda nəqliyyat axınında hər hansı bir narahatlıq yaratmasınlar”.

Zərif Ülviqızı

22
Vumart və Güvən reklamı Vumart Güvən