10 rayon və şəhərə içməli su məhdudiyyətlə VERİLƏCƏK - SİYAHI

 18:42 26.05.2022     10357

Bir neçə rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək.

Bu barədə Redaktor.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Vumart və Güvən reklamı Vumart Güvən