“Bu qanunda konstitusiyaya zidd müddəalar var” - Qüdrət Həsənquliyev

 13:05 27.05.2022     303

"Ələt Azad iqtisadi zonası" haqqında qanunda konstitusiyaya zidd müddəalar var".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O qeyd edib ki, sahibkarın xeyrinə olan güzəştlər qanunda qeyd edilməlidir: 

"Bu qanun Konstitusiyanın 71-ci maddəsinin 7-ci hissəsi ilə ziddiyyət təşkil edir. Bu hissədə məhkəmələrin həll etdiyi məsələ qanunda azad iqtisadi zonanın səlahiyyətinə verilir. Ələt Azad İqtisadi zonasında fərqli hüquqi tənzimləmə tətbiq oluna biləcəyi qanunda yer alır. Amma bu, Milli Məclisin səlahiyyətinə aid olan məsələdir. Vergiləri, gömrük rüsumlarını Milli Məclis təyin edə bilər, başqa dövlət qurumu vergi, gömrük rüsumu tətbiq edə bilməz. Aksiz dərəcələrini qanunla müəyyən etməliyik, amma bu Vergi Məcəlləsinə daxil edilib. Komitənin iclasında iştirak edən Vergi Xidmətinin nümayəndəsi Samirə xanım bunu əsaslandırmağa çalışdı. Amma o Konstitusiyaya zidd olan maddəni konstitusiyaya zidd olan digər maddə ilə izah etmək istədi. Bu qanunlar ekspertizadan keçirilməlidir. Cənab Prezidentə təşəkkür edirəm ki, bizim burada qaldırdığımız məsələni həyata keçirdi, Hüquq Ekspertiza Mərkəzinin yaradılması barədə sərəncam imzaladı. Bizim aparat rəhbəri də orada təmsil olunur. Düşünürəm ki, Milli Məclisə gələn bütün qanun layihələri orada ekspertizadan keçirilməlidir”.

Vumart və Güvən reklamı Vumart Güvən