Formula 1 üçün hazırlıqlar YEKUNLAŞIR

 12:20 30.05.2022     563

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı tikinti və quraşdırma işlərinin 85 faizi başa çatıb.

Redaktor.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası əməliyyat şirkətinin yarış obyektlərinin tikintisi üzrə rəhbər Tom Buçer deyib.

O qeyd edib ki, mühafizə hasarlarının və bloklarının quraşdırılması 8 gün ərzində tamamlanacaq və trek 6 iyun gecə saatlarından 7 iyun səhər saatlarına qədər bağlanacaq.

T.Buçer əlavə edib ki, Bakı treki 7 iyunda yarışa hazır vəziyyətə gətiriləcək:

"Bundan sonra Beynəlxalq Avtomobil Federasiyası trekə baxış keçirəcək. Əgər ehtiyac olarsa, düzəlişlər ediləcək".

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.

Vumart və Güvən reklamı Vumart Güvən