Azərbaycanda bu qurumun akkreditasiyası LƏĞV EDİLDİ

 10:57 31.05.2022     669

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “AZSERTCENTER” MMC-nin istehlakçıları və sahibkarlıq subyektlərini çaşdırmaqla ona verilmiş icazədən sui-istifadə edərək səlahiyyəti olmadığı halda, bir sıra istehlak mallarına qanunsuz uyğunluq sertifikatları təqdim etdiyini üzə çıxarıb.

Bu barədə Redaktor.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunu nəzərə alaraq qurumun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi şirkətin uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) fəaliyyətinə verilmiş akkreditasiya attestatını ləğv edib.

Vumart və Güvən reklamı Vumart Güvən