“TEKNOFEST” gələn il də keçiriləcək? – AÇIQLAMA
Məlum olduğu kimi, 26-29 may tarixlərində Bakıda “TEKNOFEST Azərbaycan” festivalı keçirilib. Böyük marağa səbəb olan tədbirdə 300 minə yaxın insan iştirak edib.
Festival çərçivəsində türk və azərbaycanlı pilotların təqdimatında möhtəşəm aviaşou, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, beynəlxalq startap sammiti, yarış və müsabiqələr və onların möhtəşəm final mərhələləri, axşam saatlarında Azərbaycan və Türkiyə şou biznesinin parlaq ulduzlarının iştirakı ilə təşkil olunan konsert, işıq şousu kimi maraqlı əyləncələr təşkil olunub.
Bəs, “TEKNOFEST Azərbaycan” festivalı gələcəkdə də keçirilə bilərmi?
Tədbirin təşkilatçısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Redaktor.az-a hələ ki, gələcəklə bağlı belə bir plan olmadığı bildirildi:
“Təşkilatçı bizim nazirlikdir. Amma gələcəkdə necə olacağı ilə bağlı hələ heç bir plan yoxdur”.
Zərif Ülviqızı












