Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Redaktor.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, polis polkovniki Elnur Nəsibov tutduğu vəzifədən azad edilərək həmin idarənin rəisi təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıqov bir müddət əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib (manset.az).












