Vilayət Eyvazov bu tarixdə 10 şəhər və rayonun sakinlərini qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 21-də Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 20.06.2022-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.












