Vaqif Əsədov sürücülərə müraciət etdi: Bakıda daha bir neçə küçə BAĞLANIR

 13:07 02.06.2022     588

Formula 1 Azərbaycan Qran-prisinə hazırlıq işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələrindən yol avtomobillərin hərəkəti üçün tədbir başa çatanadək məhdudlaşdırılır.

Bu barədə Redaktor.az-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

"Bu küçələrdə hərəkət yarış bitəndən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Sürücülərdən və mərkəzə doğru hərəkət edən bütün vətəndaşlarımızdan yollardakı real vəziyyəti adekvat qiymətləndirməyi, şəxsi avtomobillərdən istifadəni maksimum məhdudlaşdırmağı və ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik", - deyə şöbə rəisi bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən