Peyvəndlənmə ilə bağlı son vəziyyət
Azərbaycanda son sutkada 2 123 nəfər vaksinasiya olunub.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 181 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 438-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 178 olub.













