“Təhsildə kişi-qadın balansının pozulması şagirdlərə təsir edir”
“Təhsildə qadınlar kişi müəllimlərdən daha çoxdur”.
Redaktor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova media nümayəndələri üçün keçirilən təlimdə deyib. O bildirib ki, əvvəl kişilər maaşın az olduğunu bildirsələr də, indi elə deyil:
“Burada balans qadınların xeyrinə pozulur. Bunun fəsadları nələrdir? Bu da məsələnin digər tərəfidir. Uşaqların tərbiyəsində kişi və qadın müəllimlərin sözü, iştirakı vacibdir. Bunun çox əhəmiyyəti var. Bu istiqamətdə yanaşsaq, kişilərin müəllim sənətinə olan münasibəti dəyişmək nöqteyi nəzərdən işlər görülməlidir. Vaxtilə deyirdilər ki, əmək haqqı aşağıdır. İndi əməkhaqqılar da arta-arta gedir və kişilər də gedib çox rahat müəllimlik edə bilərlər, öz ailələrinə qazanc gətirə bilərlər”.
Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə dedi ki, təhsildə kişi-qadın balansının pozulması şagirdlərin, gənclərin tərbiyəsinə təsir edir:
“Bunlar hamısı təhlil olunmalıdır”.
Zərif Ülviqızı












