Binəqədidə ev yandı

 09:40 04.06.2022     257

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında bir-birinə bitişik tikilən 3 ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 20 m² olan evin yanar konstruksiyaları və sahəsi 22 m² olan evin dam örtüyü 10 m² sahədə yanıb.

Nazirlikdən Redaktor.az-a  bildirilib ki, evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb