“AZGRANATA”nın rəhbərliyi UNEC-də tələbələrlə görüşüb - FOTO

 11:26 04.06.2022     442

“AZGRANATA” MMC rəhbərliyi Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) ziyarət edib. Ziyarət çərçivəsində tələbələrlə görüş baş tutub.

Redaktor.az xəbər verir ki, görüşdə “AZGRANATA” MMC -nin İdarə Heyətinin sədri Ceyhun Bəxtiyarlı çıxış edərək, zavod haqqında ümumi məlumat verib. O, zavodun üzərinə götürdüyü missiya və hədəflərdən bəhs edib.

Daha sonra İxrac şöbəsinin meneceri Nəzri Rəhimova çıxışında “AZGRANATA” məhsullarının 20-dən çox ölkəyə ixrac olunduğunu vurğulayıb. O, ixrac perspektivləri barəsində tələbələri məlumatlandırıb.
“AZGRANATA” MMC-nin Kommersiya departamentinin direktoru, İdarə heyətinin üzvü Cəlal Şirəlizadə zavodun tələbələrə xüsusi önəm verdiyini, buna görə də universitetlərlə əməkdaşlıq çərçivəsində zavod turları təşkil edildiyini qeyd edib. O, həmçinin UNEC tələbələrinin Ödənişli Təcrübə Proqramında iştirak edə biləcəklərini bildirib.

Sonda çıxış edən alkoqollu içkilər sektorunun istehsal müdiri Yusif Ləzgiyev “AZGRANATA”nın Ağsuda yerləşən zavodunda istifadə edilən son texnologiyalarla tələbələri tanış edib. O, öz növbəsində şərabçılıqla bağlı dünya və yerli təcrübəni bölüşüb.

Tədbir sual-cavab formatında davam edib. Tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda tələbə və müəllim heyəti ilə xatirə şəkli çəkilib.