"Azəriqaz" gələn həftə 5 rayonda "Açıq mikrofon" quracaq - SİYAHI

 11:34 04.06.2022     232

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, növbəti həftə (06-10.06.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Ağsu rayonunda (M.Ə. Rəsulzadə küçəsi,  İstirahət Parkı), ikinci günü saat 11:00-dan 12:00-dək Qobustan rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (S.Ə.Şirvanı küçəsi 74, Tarix-Diyarşünaslıq Muzeyinin qarşısındakı park), 4-cü günü saat 12:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) və 5-ci günü isə saat 12:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı)  baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

2