Vaksinasiya ilə bağlı günün STATİSTİKASI

 17:13 04.06.2022     297

Azərbaycanda son sutkada 2069 nəfər peyvənd olunub.

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 218 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1386-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 180 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 732 275, birinci doza peyvəndlərin ümumi sayı 5 349 130, ikinci doza vaksinlərin sayı 4 849 817 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 286 801, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 527 olub.