Elçibəy haqqında kitab YAZILDI- FOTO

 09:25 05.06.2022     2237

Mərhum eks-prezident Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli atası haqqında kitab yazıb.

Redaktor.az-ın məlumataına görə, bu haqda xəbəri Elçibəyin kürəkəni Aqil Səmədbəyli verib.

O, bildirib ki, İstanbul Universitetinin Tarix fakültəsinin doktorantı olan həyat yoldaşı Çilənay Səmədbəylinin magistrlik dissertasiyası atasının “Həyatı və Siyasi Mücadiləsi” mövzusundadır.

“Baxmayaraq ki, Elçibəy haqqında çoxlu kitablar çıxıb, amma bu, elmi standartlara uyğun yazılmış ilk əsərdir.

Kitabın başqa bir özəlliyi isə həyat yoldaşımın Elçibəy haqqında bu günə kimi hamının gözdən qaçırdığı mühüm bir detalı ortaya çıxarmasıdır”, - deyə Aqil Səmədbəyli vurğulayıb.

Onun sözlərinə görə, “Əbülfəz Elçibəy: Həyatı və Siyasi Mücadiləsi” adlanın yeni kitab “Ötükən Yayınları” nəşriyyatı tərəfindən çap olunub və artıq satışdadır.

 

 

22