Ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaradıblar - VİDEO

Dünən Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya zonasında ermənilər Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaradıblar.
Redaktor.az xəbər verir ki, bu barədə “Publicazerbaijana” Teleqram kanalında məlumat paylaşılıb.
Məsələyə Rusiya sülhməramlıları da müdaxilə edib.
Hadisənin necə bitdiyi məlum deyil (oxu.az).