Van Dammın gəlininin Bakıda xına mərasimi oldu - VİDEO

 11:06 06.06.2022     161

Dünyaca məşhur aktyor Jan-Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadənin Bakıda xına mərasimi olub. 

Redaktor.az xəbər verir ki, paytaxt restoranlarının birində baş tutan gecədə Suadanın yaxınları iştirak ediblər. 

Məclisdə rəqqasə Rəna Ağamuradova (Renka) da çıxış edib. Xına məclisindən görüntülər sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki Baş konsulluğunda nikah masasına əyləşib.

(qafqazinfo)