Formula 1-ə görə yaşayış yerlərinə giriş-çıxışa necə icazə veriləcək?

 14:17 06.06.2022     1371

Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi müddətdə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

"Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Formula 1-ə görə Bakıda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir", - məlumatda qeyd edilib.