"Azərbaycanda dərmanların qiyməti süni formada qaldırılır" - Deputat

 13:36 06.06.2022     526

Azərbaycanda dərmanların qiyməti süni şəkildə qaldırılır.

Redaktor.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

“Ölkəyə dərman gətirənlər 1 qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar. Bundan sonra ölkəyə eyni qiymətə həmin dərmanın 0,5 qramlığı gətirilir. Onu istifadə edən xəstə məcbur olur ki, həmin qiymətə o dərmandan ikisini alsın”, - deyə deputat bildirib.