Kamal Abdulla TÜRKSOY-un “Şərəf” medalı ilə mükafatlandırıldı

 14:47 06.06.2022     445

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı ilə mükafatlandırılıb.

Redaktor.az xəbər verir ki, mükafatlandırma mərasimi Ankarada TÜRKSOY-un Mərkəzi Qərargahında keçirilib.

Əvvəlcə TÜRKSOY-un Baş katibi Sultan Rayevin çıxışı dinlənilib.

Mükafatlandırılan alimlər çıxış edərək türk dünyasının ali təltifinə layiq görüldükləri üçün minnətdarlıqlarını ifadə ediblər. TÜRKSOY-un geniş miqyaslı və faydalı fəaliyyəti yüksək dəyərləndirilib.

“Şərəf” medalı, həmçinin Qazaxıstan Yazıçılar Birliyinin sədri Ulyukbek Yesdaulet və Qırğızıstandan görkəmli ədəbiyyatçı və türkoloq Osmanakun İbraimova da təqdim edilib.

Qeyd edək ki, “Şərəf” medalı TÜRKSOY-un təsis etdiyi ən ali mükafatdır.